Yazını böyüt
Yazını kiçilt
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddinlə görüşüb.
Hafta.az yazır ki, bu barədə pakistanlı diplomat “X” səhifəsində məlumat verib.
“Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Qardaş Azərbaycanı WUF13, 31-ci Bakı Enerji Forumu (BEF) və 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə uğurla ev sahibliyi etməsi münasibətilə təbrik etdim. Qardaşlıq əlaqələrimizi daha da genişləndirmək istiqamətində birlikdə irəliləməyə davam edirik”, – diplomat qeyd edib.