Pəncərə silərkən yıxılıb öldü

12:37 11.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.

Hafta.az xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib. Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.