Peşəkar oğru məşhurların milyonlarını BELƏ OĞURLADI - FOTO

10:50 03.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da məşhur və varlı şəxslərin malikanələrinə soxulan peşəkar oğruya hökm oxunub. Bu barədə Daily Mail məlumat yayıb.

37 yaşlı Eitan Ackerman özünü daşınmaz əmlak agenti kimi təqdim edib və beləliklə Beverli Hillsdə yaşayan məşhurlarla tanış olub. Onların evində nə qazana biləcəyini öyrənən oğru, bu məlumatı şəriki ilə bölüşüb. Yaxalanmamaq üçün mühafizə sistemlərini və videomüşahidəni əvvəlcədən söndürüblər.

2016-cı ilin dekabrından 2018-ci ilin iyuluna qədər Ekkerman ən azı 5,5 milyon dollar dəyərində olan qiymətli əşyaları oğurlamağı bacarıb. Qurbanlar arasında müğənni Usher və Adam Lambert, "Real Housewives of Beverly Hills"in ulduzu Dorit Kemsley, amerikalı futbolçu Şon Fillips və kino prodüseri Con Hodces də var.

Oğrunun şəxsiyyəti Hocesin evində qalan barmaq izləri və digər izlərlə müəyyən edilib. 2019-cu ilin yanvarında oğru həbs edilib. 2023-cü ilin oktyabrında o, günahkar bilinib. İndi məhkəmə cəzanı seçib. Ekkerman 31 il müddətinə azadlıqdan məhrum edilib.