Peyvənd olunanların sayı açıqlanıb

16:48 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 436 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 746 927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 127 666 təşkil edir.