Polad Həşimovun qızı tələbə oldu

10:59 04.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

Hafta.az-ın məlumatına görə, şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova tələbə adını qazanıb.

 

O, Azərbaycan Tibb Universitetinin  “Müalicə işi”  ixtisasına qəbul olunub.