Polis 128 nəfəri saxladı

13:26 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 29-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Oxunma sayı 134