Polis 62 nəfəri saxladı

11:47 13.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

11-12 noyabr tarixlərində ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.