Prezident: Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ikitərəfli xarakter daşıyır

21:42 16.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşdə bildirib.

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.