Prezident: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz artacaq

10:55 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq.

Hafta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb:

“30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.