Yazını böyüt
Yazını kiçilt
Əlcəzair prezidenti Əbdülməcid Tebbun, Ramazan ayı münasibətilə mindən çox məhkumu əhatə edən əfv sərəncamı imzalayıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Əlcəzairin Prezident Sarayından verilən yazılı açıqlamada deyilir. Bildirilir ki, prezident Əbdülməcid Tebbun, mübarək Ramazan ayı münasibətilə Anayasanın 91-ci maddəsinin 7 və 8-ci maddələrinə uyğun olaraq, 1076 məhkumun əfv edilməsi barədə sərəncama imza atıb.
Bundan başqa, prezident Tebbun, "ictimai sabitliyi pozmağa çalışmaq" ittihamı ilə mühakimə olunan əlavə 70 şəxsin cəzasını yüngünləşdirmək haqda da məhkəmələrə tövsiyyə edib.