Priqojinin üsyana hazırlıq DETALLARI AÇIQLANDI – İKİ AYDIR...

15:39 24.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Gulagu.net layihəsi xəbər verir ki, Vaqner PMC-nin lideri Yevgeni Priqojin 2 ay ərzində sursat toplayıb və guya “mərmi çatışmazlığı” barədə yalan danışıb.

 “Aprel və may ayları ərzində Priqojin iddia edilən “mərmi aclığı” haqqında yalan danışırdı, 1-ci və 7-ci SHO-larda çoxlu MANPADS və ələ keçirilən Cavelinlər var”.

Priqojinin Təhlükəsizlik Şurasındakı mənbə bildirib ki, bu ssenariyə hazırlıq 2 aydan çox davam edib.