“Prius” vurdu, 64 gün sonra öldü

10:45 01.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 2 ay sonra vəfat edib.

Hafta.Az xəbər verir ki, aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnü oğlu Qubadovu vurub.

X.Qubadov almış olduğu kəllə-beyin xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, iyunun 29-u saat 05 radələrində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.