Prokurorluq məlumat yaydı

10:51 10.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

 

Hafta.az xəbər verir ki, yanvarın 10-u saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.