Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Oleksiy Danilov Putinin Ukraynaya hücumundan sonra böyük məyus olduğunu və 8 generalı vəzifələrini yerinə yetirə bilmədikləri üçün işdən çıxardığını açıqlayıb. İddialara görə, Putin uğursuz kəşfiyyat və zəif strategiyaya görə Rusiya Federal Təhlükəsizlik Xidmətini hədəf alıb.
Hafta.az xəbər verir ki, iki həftə əvvəl Ukraynaya təcavüzə başlayan Rusiya prezidenti Vladimir Putin belə bir mənzərə ilə üzləşəcəyini heç düşünməmişdi. Buna görə də müharibənin ilk günlərində Ukraynanın əsas nöqtələrini ələ keçirmək üçün hava zərbələri ilə dəstəklənən yüngül qüvvələr göndərdi. Lakin onun göndərdiyi qoşunlar gözlənilməz müqavimət və ağır əks-hücumlarla üzləşdilər.
Etibarlı rəqəmlər tapmaq çətindir, lakin Ukrayna hesab edir ki, Rusiya iki həftə ərzində 12 min əsgər itirib. Avropa kəşfiyyatı bunun 6000-9000 arasında ola biləcəyini bildirsə də, ABŞ Rusiyanın itkisinin təxminən 3000 əsgər olduğunu iddia edərək, sayını daha da azaldır. Hansı doğru olsa da, bu rəqəm müharibənin bir neçə günə bitəcəyi ümidi ilə hücuma başlayan Putinin gözlədiyindən qat-qat çoxdur.
Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Oleksiy Danilov Putinin münaqişə başlayandan bəri "təxminən səkkiz" rus komandirini vəzifəsindən azad etdiyini açıqlayıb və qeyd edib ki, Moskva "şok və qorxu" cəhdi uğursuzluğa düçar olduqdan sonra strategiyasını dəyişməyə çalışır.
Ukrayna dövlət televiziyasına verdiyi açıqlamada Danilov, "Düşmənin indiyə kimi nə planları olduğunu dəqiq anladıq. Onlar 2-3 günə Kiyevə yürüş edə biləcəklərini düşünürdülər, amma indi planları dəyişib. İdarələrini dəyişdilər. 8-ə yaxın general missiyanı başa çatdıra bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb, yeniləri təyin edilib: "Biz Rusiya Federasiyasında nə baş verdiyini aydın başa düşürük. Üstəlik, deyə bilərəm ki, onlar indi acizdirlər".
8 generalı işdən çıxardığı iddia edilən Rusiya prezidenti Putin Ukraynada müharibənin ilk günlərində uğursuz kəşfiyyat və zəif strategiya ucbatından rus qoşunlarının bir sıra biabırçı məğlubiyyətlər verdiyini görərək Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) də qəzəblənib.
Təhlükəsizlik eksperti və keçmiş Britaniya kəşfiyyatçısı Filip İnqram “The Times”a deyib ki, Putin açıq şəkildə “çox qəzəblidir” və kəşfiyyat agentliyini günahlandırıb.
Putinə görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukraynada yanlış qərarlara səbəb olan məsləhətlərə görə bir nömrəli günahkardır. Ukraynadakı əməliyyatdan əvvəl Rusiya kəşfiyyatının niyə bu qədər zəif olduğu tam aydın deyil. İyirmi ildir Rusiya məxfi xidmətini izləyən Andrey Soldatov The Times qəzetinə iddia edib ki, təşkilat yaxşı kəşfiyyat məlumatı toplayıb, lakin bunu Putinə söyləməkdən çəkinir. "Problem ondadır ki, Rusiyada Putinə eşitmək istəmədiyi şeyləri söyləmək çox risklidir. Ona görə də onu sakitləşdirmək üçün hesabatları dəyişdirdilər", - Soldatov açıqlamasında bildirib.