Putin Kimə “yarım milyon dollarlıq” hədiyyə göndərib

10:55 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

Hafta.az-ın KCNA-ya istinadən yazdığına görə, hədiyyəni fevralın 18-də Şimali Koreya liderinin bacısı, Koreya Fəhlə Partiyası (WPK) Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Çonq, eləcə də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi qəbul edib.

Kim Yo Conq Putinə minnətdarlığını edərək bildirib ki, bu hədiyyə “iki ölkə liderləri arasında yaradılmış xüsusi dostluq münasibətlərinin bariz sübutudur”.

Dünən hədiyyə edilən avtomobilin markası açıqlanmayıb. Lakin “İzvestiya”nın məlumatına görə, bu gün səhər Kremlin sözçüsü Peskov avtomobilin “Aurus” olduğunu təsdiqləyib.

Putin Rusiya avtomobil sənayesinin fəxri sayılan yeni “Aurus Komendant”ı son illər ölkəsinə səfər edən bir çox liderlərə şəxsən təqdim edirdi. Bu avtomobilin digər modeli “Aurus Senat”dır.

2023-cü ilin sentyabrında Rusiyaya səfəri zamanı Putin “Aurus Senat”ı Kimə təqdim edib.

2022-ci ilin sonunda kütləvi istehsalına başlanan “Aurus Komendant SUV” modelinin qiymətinin günün məzənnəsi ilə təxminən 550 min dollar olduğu açıqlanıb.

Tatarıstanın Yelabuqa şəhərindəki fabrikdə əsasən yerli komponentlərdən istehsal olunan “Komendant” modeli “Aurus” seriyasının dördüncü modeli olub.

Avtomobillərdə yerli təchizatçıların payı yüzdə 70 olaraq açıqlanıb.

Komendant SUV iki turbomühərrikli 4,4 litrlik V8 mühərriki və daxili yanma mühərriki və 62 at qüvvəli elektrik mühərrikindən ibarət hibrid mühərrikə malikdir. Rusiyanın KATE şirkətinin istehsalı olan avtomobil doqquz pilləli avtomatik transmissiyaya malikdir və 598 at gücünə malikdir.

Oxunma sayı 220