Putin Makronla Ukrayna və Rusiya arasında danışıqları müzakirə edib

21:54 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

"Ukrayna ətrafında vəziyyətin inkişafının aktual aspektləri, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında bu gün İstanbulda başa çatan danışıqların növbəti raundu nəzərə alınmaqla fikir mübadiləsi davam etdirilib", - deyə Kremldən bildirilib.