Putin onu “etibarlı şəxs” seçdi - Azərbaycan ordusunun hücumlarından qaçan...

11:29 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İlk dəfə olaraq hərbi müxbirlər prezident seçkilərində Vladimir Putinin etibarlı şəxsləri arasında olublar. Onların arasında “Komsomolskaya Pravda”dan Aleksandr Kots, VGTRK-dan Aleksandr Sladkov və “WarGonzo” layihəsinin yaradıcısı Semyon Peqov da var.

RBC-nın məlumatına görə, ümumilikdə Putinin etibarlı adamlarının siyahısı 2018-ci il kampaniyası ilə müqayisədə təxminən 40 faiz yenilənəcək. Buraya kinorejissor Nikita Mixalkov, Mariinski Teatrının və Böyük Teatrın baş direktoru Valeri Gergiev və müğənni Şaman da daxil ola bilər.

Etibarlı şəxslərin siyahısı Ukraynada münaqişə başlayandan sonra meydana çıxan təşkilatların nümayəndələri ilə tamamlanacaq: “Vətən Müdafiəçiləri” dövlət fondu və Vətən Əsgərləri Ailələri Komitəsi.