Rusiya Mərkəzi Hərbi Dairəsininnin Təşkilat və Səfərbərlik İdarəsinin rəisi, general-mayor Aleksandr Linkov Mərkəzi Hərbi Dairə qoşunlarının komandanı səlahiyyətlərini müvəqqəti icra edən təyin edilib. O, general-mayor Aleksandr Lapinin olmadığı müddətdə komandirlik edəcək, “Kommersant” xəbər verir.
Bundan əvvəl mətbuat Lapinin tutduğu vəzifədən uzaqlaşdırıldığını yazmışdı. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Bəzi məlumatlara görə, Lapin üç həftəlik məzuniyyətə çıxıb.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Qəhrəmanı adını almış Lapini döyüş mövqelərində olmamaqda ittiham edib.
İyul ayında Lapin Rusiya Qəhrəmanı adına layiq görülüb. O, 2017-ci il noyabrın 22-dən Mərkəzi Hərbi Dairə komandiri olub, eyni zamanda Rusiya Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasına rəhbərlik edib.