Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını faciə, tarixi Rusiyanın dağılması kimi qəbul etdiyini bildirib. Hafta.az “Rossiya-1” kanalına istinadla bildirir.
"Axı Sovet İttifaqının dağılması nədir? Bu, Sovet İttifaqı adlanan tarixi Rusiyanın parçalanmasıdır” - Putin deyib.
O xatırladıb ki, ölkə ərazisinin 40%-ni, təxminən eyni istehsal gücü və əhalisini itirib. “Biz tamamilə fərqli bir ölkəyə çevrilmişik. Min il ərzində toplananlar isə böyük ölçüdə itirilib”, - Putin əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, İttifaqın dağılması ilə “25 milyon rus xalqı qəfildən xaricdə, keçmiş SSRİ-nin müstəqillik və suverenlik əldə etmiş respublikalarında qalıb”.
“Onların geri qayıtması, qohumlarına qovuşması mümkün deyildi. İş yeri, yaşayış yeri yox idi. Bu, heç bir mübaliğəsiz böyük humanitar faciədir”, - Putin izah edib.