Putin Türkiyəyə səfər edəcək

19:32 15.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər etməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfərin konkret vaxtı hələlik müzakirə olunmayıb.