Putini öldürən şəxsə mükafat ödəməyə hazıram - Dünya çempionunun arvadı

14:28 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağır çəkidə boks üzrə dünya çempionu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usik Rusiyanın Ukraynaya hücumundan əziyyət çəkənlərlə bağlı səhnələrə baxa bilmədiyini deyərək, Vladimir Putini qətlə yetirməyə çağırış edib.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna saytları məlumat yayıb.

Yekaterina Usik paytaxt Kiyevin bombalanmasından sonra emosiyalarını saxlaya bilməyib.

"Bu, mənim şəhərimdir! Mən artıq özümü saxlaya bilmirəm. Putini öldürən şəxsə mükafat ödəməyə hazıram. Bu Putinlə bağlı nəhayət bir şey edin!", - Yekaterina Usik çağırış edib.