“Putinin dövləti kövrəkliyə qarşı əla nümunədir”

10:24 18.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bir beyin mərkəzi "Vladimir Putinin dövləti nə qədər kövrəkdir?" sualına cavab axtarıb.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Vətəndaş Cəmiyyətinin İnkişafı Fondunun (FoRGO) hazırladığı “Putin dövlətinin anti-kövrəkliyi” adlı hesabatı öz səhifələrində dərc edib. Hesabatı hazırlayan analitiklər belə qənaətə gəlirlər ki, Vladimir Putin tərəfindən qurulan sistem daimi olmaq üçün kifayət qədər çevik və balanslaşdırılıb, o cümlədən güc və azadlıq məsələlərində də.

ForGO analitikləri onu da bildirirlər ki, dövlətin “anti-kövrəkliyi” daxili siyasi rəqabəti azaltmaqla təmin edilir.

Qəzet Putinin hakimiyyətdə olduğu illəri “epoha”, yəni “era”, “dövr” adlandırdığına da diqqət çəkib. Müvafiq olaraq, Putin bir çox çarlardan daha uzun müddət hakimiyyətdə qaldığı bildirilir.

Antikövrəklik termini siyasət elminə Nassim Nikolas Taleb tərəfindən daxil edilib. Talebin kitabı türkcə də "Antikövrəklik: Kortəbilikdən qazanc əldə edən şeylər"adı ilə də mövcuddur.