“Moskva” adlı hərbi gəmisi batırılan Rusiya Ukraynaya hücumlarını artırıb. Böyük şəhərləri hədəf alan bu strategiya “Putinin intiqamı” kimi xatırlansa da, dünyanı ayağa qaldıran bir görüntü Rusiyadan gəlib.
Hafta.az bildirir ki, Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı Moskvanı itirməsinin əks-sədaları davam edir.
Moskva Qara dənizin soyuq sularında batıdırıldıqdan sonra Rusiya şəhərlərə, o cümlədən Ukraynanın paytaxtı Kiyevə hücumlarını artırıb.
“Moskvanın qisası” adlanan yeni hücum strategiyası bütün Ukraynada can almağa davam edərkən, dünyanı ayağa qaldıran bir görüntü Rusiyadan gəlib.
Rusiyaya məxsus Tu-95 təyyarələri Rusiyanın qərbində, Ukrayna ilə sərhədə yaxın Kaluqa şəhərində görüntülənib. Nüvə raketləri daşıya bilən təyyarəni döyüş təyyarələri və yanacaq dolduran təyyarə müşayiət etdiyi görülüb.
Görüntülər Ukrayna prezidenti Zelenksinin Rusiyanın Ukraynada nüvə və kimyəvi silahlardan istifadə etmək riski ilə üzləşdiyini açıqlamasından bir neçə saat sonra ortaya çıxıb.