Avropa İttifaqı Putinin muzdlu ordusu sayılan keçmiş hərbiçilərdən ibarət Vagner ilə əlaqəli səkkiz rusiyalıya və üç hüquqi şəxsə qarşı sanksiyaları təsdiqləyib. Hafta.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.
Bu sanksiyalar Suriya, Liviya və Ukraynadakı Vagner üzvülərinin hərəkətlərinin məhdudlaşdırıılması məqsədilə tətbiq edilib və Qərb ölkələrindəki aktivlərin dondurulmasını, həmçinin Aİ ölkələrinə səyahətə qadağa qoyulmasını nəzərdə tutur.
Qara siyahıya, sənəddə Vaqner qrupunun qurucusu və komandiri adlandırılan Dmitri Utkin, Vaqner PMC-nin muzdlu əsgəri Stanislav Dıçko və Vaqner qrupunun komandanlıq strukturunun əsas fiqurlarından biri kimi təqdim edilən Valeri Zaxarova daxil edilib.
Bundan başqa, siyahıda rusiyalı Aleksandr Kuznetsov da var. Brüsselin məlumatına görə, o, özəl mühafizə şirkətinin tərkibində Liviyada hərbi əməliyyatlarda iştirak edib.
“İndi Vaqner qrupu Suriya, Liviya, Ukraynada fəaliyyət göstərir və bu dövlətlərin ərazi bütövlüyünü pozur. Burada insanlar insan haqlarının kobud şəkildə pozulmasında iştirak edirlər”, - deyə BBC Reuters-ə istinadla xəbər verir.