Qadın ərini oğurlandığına inandırdı, FİDYƏNİ İSƏ...

18:23 26.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyada bir qadın qaçırılmasını səhnələşdirib, ərini fidyə ödəməyə məcbur edib və pulun bir hissəsini loto oyununa xərcləyib. Hafta.az bu barədə Daily Mirror-a istinadla xəbər verir.

47 yaşlı ispan qadın əri xəstəxanada olarkən adam oğurluğu hekayəsi ilə gündəmə gəlib. O, həyat yoldaşından uydurma adam qaçıranlara altı min avro ödəməyi tələb edən SMS atıb. Qorxuya düşən şəxs dərhal polisə müraciət edib.

Polis adam oğurluğuna qarşı elitar bölməni səfərbər edərək, əməliyyat-axtarış tədbirlərinə başlayıb. Tezliklə polisə Badalonadakı kazinoda binqo oynadığı iddia edilən "oğurlanan" qadının video yazısı daxil olub. O, fidyənin bir hissəsini uduzduğu oyun avtomatının yanında həbs edilib və istintaqa qədər girov müqabilində sərbəst buraxılıb.

Oxunma sayı 1186