Qadın maska taxdığı üçün kinoteatrdan çıxarıldı

09:55 17.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Moskvada qadın tamaşaçı kinoteatrdan çıxarılıb.
 
Hafta.az-ın yazdığına görə, buna səbəb həmin tamaşaçının salonda ağzına maska taxması olub. "TikTok"da yayımlanan videoda da görünür ki, təhlükəsizlik nümayəndəsi ilə mübahisə edən qadın "Kinoteatrda maska taxmaq məcburiyyəti aradan qaldırılıbmı, ona görəmi adamlar maska taxmayıblar?" deyir. 
 
Videoda görünür ki, kinoteatrda yalnız qadın maskanı qaydasında taxır, başqa heç kim, o cümlədən təhlükəsizlik işçiləri də maskanı sadəcə çənələrində tutmaqdadırlar. Başqaları isə ümumiyyətlə, maska taxmayıb. 
 
Maskasız tamaşaçılar özlərini "Burada yemək yeyirik" deyə müdafiə edərkən, buna etiraz edən qadının bayıra çıxarılması tələb olunub. 
 
Filmin nümayişi qadın salondan çıxarıldıqdan sonra davam etdirilib. 
 
Qeyd edək ki, bir il öncə də Moskva kinoteatrlarından birində oxşar hadisə yaşanmışdı. Amma o zaman hadisə maska taxmağı rədd edən qadının üzündən yaşanmış, sonunda onu salondan çıxarmışdılar.