Qadın millimiz Qazaxıstana qalib gəldi

21:00 24.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünü keçirib.

Hafta.az xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşıb.

Görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb. Azərbaycan komandasının qollarını Esra Manya (27-ci dəqiqədə) və Sevinc Cəfərzadə (82-ci dəqiqədə) vurub.

Komandalar arasında ikinci oyun 27 oktyabrda keçiriləcək.

Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar) - 1:2

Baş hakim: Gulşoda Saidkulova (Özbəkistan)

Çimkənd şəhər stadionu