Qadının istirahət mərkəzində ölməsi ilə bağlı araşdırma aparılır

15:40 03.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda qadının istirahət mərkəzində ölməsi ilə bağlı araşdırma aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.