Yazını böyüt
Yazını kiçilt
Qadınlar 59, kişilər 62 yaşında pensiyaya çıxarılsın. Bunu Milli Məclisin bugünükü iclasında Tahir Kərimli Əmək Məcəlləsinə ediləcək dəyişiklik zamanı pensiya yaşı ilə bağlı təklifin nəzərə alınmasını xahiş edib.
Deputat qeyd edib ki, pensiya sığortasının təyinatı üçün 25 il iş ştajı böyük rəqəmdir.
“Bu rəqəm 12 ilə endirilməlidir. Orta yaş aşağı olduğu üçün Pensiya yaşını da aşağı salmalıyıq”.
Deputat eyni zamanda təklif edib ki, sosial vəziyyətin təminatına müsbət yöndə qorumaq üçün dövlət büdcəsindən maliyyələşən şəxslər pensiyaya çıxmaqla da iş fəaliyyətinə davam edə bilər. Onun sözlərinə görə, 1,5 milyard manat büdcə gəlirimizin olması bu istiqamətdə problemlərin yaranmasına imkan verməz.