İsrail ordu radiosunun xəbərin əsasən Müdafiə kabinetinin üzvü, Milli Birlik Partiyasının sədri Benni Qants, Likud Partiyası üzvlərinin köməyindən istifadə edərək baş nazir Binyamin Netanyahunu devirməyə çalışır. Hətta onlar Qantsın adından Likud Partiyasından nazirlər və parlament üzvləri ilə görüşlər keçirir.
Hafta.az-ın yazdığına görə, bildirilib ki, “Likud üzvlərinə hökumətin yıxılmaması üçün Netanyahudan etimad səsini geri ala bilsələr, Netanyahunu Likud Partiyasından başqa bir namizəd əvəz edəcək.
Xəbərdə deyilir ki, Qantsa yaxın şəxslər Baş Nazirlik üçün Likud Partiyasından fərqli adlar səsləndiriblər, lakin Qantsı təklif etməyiblər, əsas məqsəd müəyyən müddət üçün razılaşan namizədin seçilməsi və onun gələcəkdə Likud Partiyasının sədrliyinə namizəd olmayacağına söz verməsidir.
Son həftələrdə İsraildə erkən seçkilərə çağırışlar edilsə də, Netanyahu seçkilərin müharibə dövründə keçirilməsi ideyasını rədd edir.