Qanunsuz ov edənlər cəzalandırıldı

17:49 09.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağzıbir Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Hafta.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakinləri Taleh Şərifov və Xalid Hacıəliyev olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.