Qanunsuz ov edənlər saxlanıldı

11:57 02.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

 

Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.