Yazını böyüt
Yazını kiçilt
Qara dənizdə Marşall Adaları bayraqlı türk gəmisi vurulub.
Hafta.az-ın yazdığına görə, Odessadan çıxaraq Rumıniyaya doğru üzən "YASA Denizcilik" şirkətinə məxsus "Jupiter" adlı yük gəmisinə düşən raket sadəcə anbara zərər yetirib. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Hadisədən dərhal sonra açıqlama verən Türkiyə Dənizçilik Baş İdarəsindən bildirilib ki, atəş açılmasına dair adıçəkilən gəmidən hər hansı yardım tələbi almayıblar. Gəmi hazırda Rumıniyanın daxili sularına çatıb və tam təhlükəsizlikdədir.