Qara kürü necə məşhurlaşdı?

09:15 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sovet İttifaqı dövründə az qala hər kəsin əlçatan olduğu qara kürünün bu gün necə zəngin qidaya çevrildiyi sualına cavab axtarılır.

Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, sentyabrın sonuna olan məlumata görə, Rusiyada qanuni yolla əldə edilən qara kürünün miqdarı cəmi 33 ton olub. Bu, adambaşına 0,22 qram kürü deməkdir.

Portal qara kürünün bir kiloqramının 70 min rubl (786 dollar) civarında olduğunu vurğulayır.

1960-cı ildə nərə balığından alınan 1 kiloqram qara kürünün qiyməti 4 rubl idi. Bu, orta əməkhaqqı ilə 18 kiloqramdan çox kürü ala bilmək deməkdir. Lakin 1970-ci illərdə ovlanan nərə balıqlarının miqdarı azalmağa başladığı üçün qara kürü adi qida olmaqdan çıxıb və lüks istehlak məhsuluna çevrilib. Orta əməkhaqqı 174 rubl olan 1980-ci ildə 1 kiloqram qara kürünün bahalaşaraq 80 rubla satıldığı bəllidir.

Rusiya 2000-ci illərin əvvəllərində nərə balıqlarının sayının azalması səbəbindən Volqa və Xəzər dənizində nərə balıqlarının ovlanmasını qadağan edib. Nəticədə, qara kürü nadir hallarda əlçatan qidaya çevrilir.