Ermənistanın meşə ərazilərindəki kəndlərində yaşayan Qarabağdan köçkün ermənilərə ehtiyacları üçün çır-çırpı yığmağa icazə verilməlidir.
Hafta.az xəbər verir ki, bunu Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsinin parlament komissiyaları səviyyəsində müzakirəsi zamanı “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib.
“Mən başa düşürəm ki, bu bəhanə ilə ağacların qeyri-qanuni kəsilməsinin qarşısını almaq üçün odun toplanmasına məhdudiyyətlər var. Amma fövqəladə vəziyyəti və Qarabağdan gələn köçkünlərin yaşayış və istiliklə bağlı təcili ehtiyaclarını nəzərə alaraq soydaşlarımıza xüsusi yanaşmaq lazımdır”, - deyə Danielyan bildirib.
Bununla bağlı ətraf mühit naziri Hakob Simidyan bildirib ki, yaxın vaxtlarda nazirlik ehtiyacı olan köçkün ermənilərə kömək üçün yanaşmalar hazırlayacaq.
Xatırladılır ki, Qarabağdan köçkün düşən ermənilərin bir hissəsi respublikanın meşələrinin əsas hissəsinin yerləşdiyi Lori, Tavuş və Sünik mərzlərində məskunlaşıb.