Qarabağa qanunsuz keçmək istəyən şəxs həbs edilib

16:44 20.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunan ərazilərə qanunsuz keçmək istəyən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb. Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.