Qarabağda daha 224 mina aşkarlanıb

16:00 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (31.07.2023 - 06.08.2023) açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən xəbərə görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 194 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 97 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 363,02 hektar ərazi mina və PHS-lərdən təmizlənib.