“Qarabağı məhv etdiniz, indi Ermənistanı bitirmək istəyirsiz?” - Gevorq Papoyan

14:03 11.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputat Gevorq Papoyan bu gün Robert Köçəryan və Serj Sarkisyanın Artsaxın (Dağlıq Qarabağ, red.) təslim olmasına imza atdıqlarını bildirib.

Hafta.az bildirir ki, onun sözlərinə görə, bu gün separatçı rejim qalıqlarının Ermənistanda “Artsax Milli Assambleyasının sessiyasının keçirilməsi” qəbuledilməzdir:

“Dağlıq Qarabağın ordusunu dağıtdılar, silahlarını Azərbaycana verdilər, Dağlıq Qarabağın parlamentini buraxdılar, amma Dağlıq Qarabağın Milli Məclisinin sessiyasını keçirmək üçün Ermənistana gəliblər? Bu, Ermənistana qarşı bombadır, bu qəbuledilməzdir”, - deyə o bildirib.

Papoyan Qarabağ ermənilərinə “ağıla gəlməyi” tövsiyə edib.

“Dağlıq Qarabağla bitirdilər, indi gəlib Ermənistanla bitirmək istəyirlər? Artıq kifayətdir”, Papoyan vurğulayıb.