“Qatar Airways” Yaxın Şərqə uçuşlarını bərpa edir

23:37 23.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qatar Airways” Yaxın Şərq regionunda bir sıra əsas istiqamətlər üzrə uçuşları bərpa edir.

Hafta.az şirkətin saytına istinadla xəbər verir ki, qərara əsasən, aprelin 23-dən etibarən Doha–Dubay və Doha–Şarcə istiqamətləri üzrə gündəlik reyslər bərpa olunur.

Bundan əlavə, Mayın 1-dən isə Dəməşq istiqamətində gündəlik uçuşların həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, “Qatar Airways” qlobal uçuş şəbəkəsini mərhələli şəkildə bərpa edəcək. Aviaşirkət iyunun 16-dan altı qitədə 150-dən çox istiqamətə, o cümlədən Bakıya uçuşlarını bərpa etməyi planlaşdırır.