Qaxda dələduzluq edən şəxs saxlanılıb

17:14 11.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Sadıqlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin 5 rayon sakinindən ümumilikdə 4 min manata yaxın pul alaraq kriptovalyutaya yatıracağını və bir müddətdən sonra onlara daha çox maddi vəsait qaytaracağını vəd etdiyi məlum olub.

T.Sadıqlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024) 255-23-52 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxunma sayı 24