Qazaxıstan da Rusiyadakı vətəndaşlarına müraciət etdi

18:20 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan vətəndaşları Rusiyada olduqları müddətdə bütün lazımi sənədləri Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqdim edilmələri istənildiyi təqdirdə yanlarında olmalıdırlar. TASS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat yayıb.

“Yaxşı olar ki, vətəndaşlarımız hansısa ölkədə qalma məqsədi ilə bağlı lazımi sənədləri üstlərində olsun”, - Smadiyarov bildirib.
Onun sözlərinə görə, ərazisində irimiqyaslı terror aktı baş verən istənilən dövlət öz təhlükəsizliyini təmin etmək üçün avtomatik tədbirlər görür.

“Kiminsə saxlanılması və yoxlanılması xəbəri normadır”, - XİN nümayəndəsi bildirib.