Qazaxıstan prezidenti meşə yanğını baş verən əraziyə baxış keçirib

18:23 11.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Abay vilayətində baş verən meşə yanğını ərazisinə baxış keçirib.

Hafta.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Tokayev ərazidə aparılan işləri havadan izləyib və səlahiyyətli şəxslərdən məlumat alıb.

Yanğında həyatını itirən 14 meşə işçisinin ailələrinə başsağlığı verən Tokayev 12 iyunun ölkədə ümummilli matəm günü elan edildiyini açıqlayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, 5 nöqtədə yanğınsöndürmə və soyutma işləri davam edir. Qısa müddətdə 60 min hektar sahəyə yayılan yanğının söndürülməsinə mindən çox canlı qüvvə, 250 ədəd texnika və 11 helikopter cəlb olunub.