Qazaxıstanda bankda insanları girov saxlayan şəxs saxlanılıb

15:05 18.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astanada Kaspi bankında insanları girov saxlayan şəxsi saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Kaspi" bank binasında uğurlu əməliyyat keçirilib. Bütün girovlar azad edildi! Bütün işçilər binadan çıxarılıb. Girov saxlayan şəxs zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, girov saxlanan şəxslərdən heç biri və cinayətkar xəsarət almayıb.