Qəbələdə 5 otaqlı ev yanıb

15:49 24.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.