Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış hərbi həkim Aqşin Ənvərlinin və rayonun Laza kəndindən olan şəhid Elvin Abdurahmanovun xatirələrini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq komplekslərinin açılış mərasimləri olub.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin, təhsil aldıqları məktəb kollektivlərinin və döyüş yoldaşlarının iştirak etdikləri tədbirlərdə çıxış edənlər 44 günlük Vətən müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.