10-cu İstanbul Qəhvə Festivalı 3-6 oktyabr tarixlərində Ataköy Marina Açıq Hava Sahəsində qəhvə həvəskarlarını ir araya gətirəcək.
Hafta.az-ın yazdığına görə, Dream Sales Machine-in prezidenti Alper Səsli festivalın 10-cu ildönümünü qarşılamaqdan qürur duyduqlarını ifadə edərək deyib: "Festivallarımız sənaye ilə qəhvə həvəskarları arasında güclü enerji bağı qursa da, ölkəmiz üçün böyük müsbət sektor faydaları da təmin edir. Festival qəhvə həvəskarlarını dadlı qəhvə ilə qarşılayır. Yunanıstan və İspaniya kimi ölkələrdən qəhvəxanalara ev sahibliyi edəcəyik. İştirakçılar qəhvələrini içərək bir çox seminarlarda iştirak etmək imkanı qazanacaqlar".
Bitexen, Media Markt, Hyundai və Türk Telekom Prime başda olmaqla bir çox sponsorun dəstəyi ilə keçirilən festivala biletləri “Biletino”' və “DSM Bilet”dən əldə etmək olar.