Qərbi Azərbaycan İcması son 6 ay ərzində Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 5 sənədi BMT-nin rəsmi sənədi kimi qəbul etdirib. Həmin sənədlər BMT üzvü olan dünya dövlətlərinin bütün rəsmi dillərində yayılıb.
Bu fikirləri hafta.az-a Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat Əziz Ələkbərli bildirib:
“Bu Qərbi Azərbaycan həqiqətlərini BMT tribunasından dünya ictimaiyyətinə çatdırmaqdır. Biz eyni zamanda YUNESKO-ya ünvanladığımız Azərbaycan mədəni irsi ilə bağlı sənədin BMT-nin rəsmi sənədi kimi qəbul olunmasına nail olmuşuq. Bu istiqamətdə işlər davam edir. Bütün bu sənədlərin yüksək səviyyədə qəbul olunması Qərbi Azərbaycan həqiqətlərinin BMT-nin tirbunasından etirafıdır. Təbii ki, cənab Prezidentin 24 dekabrda Qərbi Azərbaycan İcmasında olarkən orada etdiyi çıxışı zamanı dediyi kimi, insanlarımız öz tarixi torpaqlarına qayıdacaqlar, bu qayıdışın alternativi yoxdur, bu həmin insanların beynəlxalq hüquqa söykənən haqqıdır, təməl hüquqularıdır və İcma bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək”.