Yazını böyüt
Yazını kiçilt
Qətər əmiri Şeyx Təmim bin Haməd əl-Sani Ermənistan prezidenti Armen Sarkisyanla iki ölkə arasında əməkdaşlığın daha da genişləndiirlməsi məsələlərini müzakirə edib.
Hafta.az-ın yazdığına görə, bu haqda Qətərin Əmirlik Divanı yazılı açıqlama yayıb. Açıqlamaya əsasən, Doxaya rəsmi səfərə gəlmiş Ermənistan prezidenti Əmir Sarayında Əl-Sani tərəfindən qəbul edilib. Sarkisyan ölkəsindəki reallıqlar barədə məlumat verərək, iqtisadi dəstək istəyib. Qətər rəhbərliyi də ona bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsini çox istəyirlər. Bununla yanaşı, müxtəlif sahələrdə sərmayə yatırmağa və sair meyllidirlər. Danışıqlar zamanı bildirilib ki, Qətərlə Ermənistan arasında müştərək maraq kəsb edən bir sıra məsələlər mövcuddur.