Qətldə şübhəli bilinən şəxs saxlanılıb

09:21 02.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 2-də saat 7 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.

Araşdırma aparılır.