Qohumlarını vəhşicəsinə öldürən qatil MƏHKƏMƏDƏN QOVULDU - PİŞİK KİMİ...

15:19 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Argentinada qohumlarını öldürməkdə günahlandırılan və özünü pişik hesab edən şəxs hakimin suallarına cavab olaraq miyavladığına (pişik səsi çıxardığı üçün) görə məhkəmə zalından qovulub. Hafta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İsrail əsilli Nikolas Gil Pereq 2019-cu ildə Argentinada anası və bibisi onu ziyarət edərkən qohumlarını vəhşicəsinə qətlə yetirib. Psixiatrik müayinədən sonra kişinin dəli olduğu məlum olub.

Qatilin məhkəməsi sentyabrın 26-da Mendoza şəhərində keçirilməli idi. İclasda kişi yüksək səslə miyavlayıb və yetkin insan kimi suallara cavab vermək istəməyib, buna görə də məhkəməyə hörmətsizlik etdiyi üçün zaldan qovulub. Eyni zamanda Pereq hakimdən pişiklərini də özü ilə psixiatriya xəstəxanasına aparmağa icazə verməsini xahiş etsə də, ona rədd cavabı verilib.